Yanvarın 23-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə güləşçilər arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarışda iki yaş kateqoriyasında 130-dan çox idmançı qələbə uğrunda mübarizə aparır.
İlk yarış günündə 2009-2010-cu il təvəllüdlülər xalça üzərinə çıxıb. Nəticələrə əsasən Elşad Əliyev (45 kq), Elmir Seyidov (48 kq), Ələkbər Əsgərov (51 kq), Əli Mirzəli (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyin Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Şulan Bayramov (92 kq) və İlham Əhmədli (110 kq) birinci yerə layiq görülüblər.
Qeyd edək ki, 2011-2013-cü il təvəllüdlülərin yarışı yanvarın 24-də keçiriləcək.